FIDE prezidenti ölkələri olimpiadada iştiraka səslədi

FIDE prezidenti ölkələri olimpiadada iştiraka səslədi Beynəlxalq Şahmat Federasiyası (FIDE) quruma üzv olan 195 ölkənin komandalarını Dünya Şahmat Olimpiadasında iştiraka cəlb etməyə çalışacaq.
Fərdi
119
29 İyun , 2020 17:49
FIDE prezidenti ölkələri olimpiadada iştiraka səslədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) quruma üzv olan 195 ölkənin komandalarını Dünya Şahmat Olimpiadasında iştiraka cəlb etməyə çalışacaq. 

"Report"un məlumatına görə, bu barədə TASS-a müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlama verib. 

Koronavirus pandemiyasının nəticələrinə görə, Ümumdünya Şahmat Olimpiadası onlayn keçiriləcək. 

Dvorkoviç olimpiadanın bu il Rusiyanın Xanti-Mansisysk və Moskva şəhərlərində keçirilməli olan Olimpiadanı növbəti ilə təxirə saldıqlarını söyləyib: "Bu il onlayn olimpiada keçirəcəyik və 2-3 gündən sonra turnir üçün milli komandaların qeydiyyatı başlanacaq. Bizim 195 üzvümüz var. Komandanın hamısının iştirak edib-etməyəcəyini bilmirəm, amma səy göstərəcəyik. Ölkələrin 70 faizi iştirak edəcək, olimpiada, demək olar ki, bir ay davam edəcək".

Son xəbərlər

Orphus sistemi