Yuxarı
    Bağlamaq

    FİDE nümayəndə heyəti Bakıda səfərdə olub

    Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hallda olublar

    Bakı. 14 dekabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti Bakıda səfərdə olub. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonaqlar FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də FİDE-nin digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilidən ibarət tərkibdə olub. 

    İki günlük səfər müddətində onlar gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov və AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.

    Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da olublar.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi