FIDE Bakıda seminar keçirir

FIDE Bakıda seminar keçirir Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir.
Fərdi
24 İyun , 2019 11:09
FIDE Bakıda seminar keçirir

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir. 

Federasiyadan "Report"a verilən məlumata görə, 4 ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq.

Seminarın açılış günündə FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək hakimlərə uğurlar arzu edib.

Qeyd edək ki, seminarı AŞF-nin vitse-prezidenti, bir çox mötəbər çempionatlarda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də Kanadadan ölkəmizə səfər edən beynəlxalq hakim Vadim Çıpin idarə edir.

Son xəbərlər

Orphus sistemi