Bakı. 15 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) ukraynalı şahmatçıları müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb. "Report"un məlumatına görə, buna səbəb yerli şahmat federasiyasının qadınların dünya çempionatında final görüşü üçün lazım olan vəsaiti vaxtında ödəməməsidir.
Bir müddət əvvəl yarışın keçirildiyi Lvov şəhəri merinin müavini Andrey Moskalenko FİDE-yə 60 min avro həcmində borcun olduğunu etiraf edib.
Məsələ həll olunanadək ukraynalı qrossmeystrlər beynəlxalq yarışlarda çıxış edə bilməyəcək.
Qeyd edək ki, həmin final görüşündə Mariey Muzıçuk və Xou İfan üz-üzə gəlib. Görüş ikincinin qələbəsi ilə yekunlaşıb - 6:3