Yuxarı
    Bağlamaq

    ​FİDE "Qran-pri"si: Məmmədyarov məğlub olub, Rəcəbov sülh bağlayıb

    Turnir fevralın 28-dək davam edəcək

    Bakı. 17 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsində 2-ci turun görüşlərinə yekun vurulub.

    "Report" turun növbəti görüşlərinin nəticələrini təqdim edir:

    Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0:1

    Teymur Rəcəbov (Azərbaycan) - Baadur Cobava (Gürcüstan) - heç-heçə

    Dmitri Yakovenko (Rusiya) - Yevgeni Tomaşevski (Rusiya) - heç-heçə

    Aleksandr Qrişuk (Rusiya) - Dmitri Andreykin (Rusiya) - heç-heçə

    Lenyer Dominqes (Kuba) - Pyotr Svidler (Rusiya) - heç-heçə

    Aniş Qiri (Hindistan) - Maksim Vaşye-Laqrav (Fransa) - heç-heçə

    Turnir cədvəlində vəziyyət: Tomaşevski, Qiri, Qrişuk - 1.5 xal, Məmmədyarov, Rəcəbov, Yakovenko, Qasımcanov, Andreykin, Dominqes - 1, Cobava, Vaşye-Laqrav, Svidler - 0.5.

    Gürcüstan paytaxtında dünyanın 7 ölkəsindən olan 12 qrossmeysterin iştirakı ilə keçirilən turnir fevralın 28-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi