FİDE may ayı üçün reytinq siyahısını açıqlayıb

FİDE may ayı üçün reytinq siyahısını açıqlayıb Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.
Fərdi
1 May , 2019 08:59
FİDE may ayı üçün reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib.

Hazırda 2781 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 80, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 35, 3-cü sıradakı çinli Dinq Lirendən 24, 4-cü mövqedəki hollandiyalı Aniş Giridən 6 xal geri qalır.

Teymur Rəcəbov da əvvəlki mövqeyində qalıb. 2759 xala malik Rəcəbov yenə 12-cidir. Əvəzində Arkadi Naydiç daha 16 pillə geriləyib. Hazırda o, 2682 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.

Qadınlara gəldikdə, Günay Məmmədzadə 2436 xalla 40-cı pillədə qalıb. Yenidən "100-lüy"ə daxil olan Xanım Balacayeva isə 2373 xalla 92-cidir.

Son xəbərlər

Orphus sistemi