FİDE Harri Kasparovu 500 min dollar rüşvətə görə cəzalandıracaq

FİDE Harri Kasparovu 500 min dollar rüşvətə görə cəzalandıracaq O və sabiq baş katib təşkilatın mənəvi kodeksini pozmaqda günahkar biliniblər
Fərdi
8 Sentyabr , 2015 15:25
FİDE Harri Kasparovu 500 min dollar rüşvətə görə cəzalandıracaq
Vasif Durarbəyli

Bakı. 8 sentyabr. REPORT.AZ/ XIII dünya çempionu Harri Kasparovla Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sabiq baş katibi İqnatius Leonq təşkilatın mənəvi kodeksini pozmaqda günahkar biliniblər. "Report"un məlumatına görə, bu barədə FİDE-nin Etika Komissiyası qərar qəbul edib.

"Şəxs və ya təşkilat şahmat partiyasının, yaxud FİDE-də hər hansı vəzifəyə seçkinin nəticəsinə təsir etməkdən ötrü birbaşa, yaxud dolayısı ilə rüşvət təklif etdikdə, rüşvət götürdükdə kodeks pozulmuş sayılır", - sənəddə bildirilir. 

Etika Komissiyası yaxın vaxtlarda H.Kasparovla İ.Leonqu FİDE-nin rəsmi tədbirlərinə baş çəkməkdən məhrum edə, habelə onları pul cəriməsinə məruz qoya bilər. 

Qeyd edək ki, söhbət ötənilki FİDE prezidenti seçkisindən gedir. Həmin vaxt Harri Kasparov İqnatius Leonqa Sinqapurdan səs alması müqabilində 500 min dollar ödəyib. Anlaşmaya əsasən, İ.Leonq Asiya qitəsi üzrə federasiyalardan H.Kasparovun 10+1 sayda səsini təmin etməli imiş. Amma dünya çempionu seçkidə uduzub. FİDE prezidenti postuna isə Kirsan İlümjinov yenidən seçilib. 

Son xəbərlər

Orphus sistemi