Yuxarı

FİDE hakimləri mükafatlandırıb

Mükafatları FİDE Hakimlər Komissiyasının rəhbəri Takis Nikolopoulos təqdim edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən FİDE-nin 87-ci Konqresində əvvəlcədən elan olunduğu kimi 9 nominasiya üzrə hakimlərə mükafatlar təqdim olunub. 

“Report” xəbər verir ki, Panagiotis Drepaniotis (Yunanıstan), Yuri Lobanov (Rusiya), Faiq Həsənov (Azərbaycan), V. Kamesvaran (Hindistan), Gijssen Geurt (Hollandiya), Yevgeniy Meliksey Bet (Gürcüstan), Jorje Vega (Qvatemala), David Velç (İngiltərə), Borivoje Jariç (Serbiya) ötən bir il müddətində şahmatın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilib.

Mükafatları FİDE Hakimlər Komissiyasının rəhbəri Takis Nikolopoulos təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi