​FİA və "Formula-1" rəhbərləri: "Qarabağ münaqişəsi yarışların Bakıda keçirilməsinə təhlükə yaratmır"

​FİA və "Formula-1" rəhbərləri: "Qarabağ münaqişəsi yarışların Bakıda keçirilməsinə təhlükə yaratmır" Avropa Qran-prisi üçün təhlükə yoxdur
Fərdi
1 May , 2016 13:24
​FİA və Formula-1 rəhbərləri: Qarabağ münaqişəsi yarışların Bakıda keçirilməsinə təhlükə yaratmır

Bakı. 1 May. REPORT.AZ/ Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula-1" rəhbərlikləri əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa Qran-prisinin Bakıda keçirilməsinə mane olmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Inautonews" məlumat yayıb.

"Biz əminik ki, Avropa Qran-prisi təhlükəsizlikdədir. Biz və FİA son xəbərləri izləyirik, lakin avtomobil yarışları siyasətdən kənardır. Bundan əlavə, bildiyimiz qədəri ilə gərginlik azalıb", — deyə FİA-nın mətbuat katibi bildirib.

"Mən əminəm ki, münaqişə yarışa təsir etməyəcək. Bəhreyndə də eyni vəziyyət yaranmışdı. Biz bu işlərin içində deyilik. "Formula-1" heç kimlə müharibə aparmır", — deyə "Formula-1"in rəhbəri Berni Ekklstoun söyləyib.

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi