Fettel və Hemilton mətbuat konfransında Bakıdakı toqquşmanı xatırlayıblar

Fettel və Hemilton mətbuat konfransında Bakıdakı toqquşmanı xatırlayıblar Fettel: "Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır"
Fərdi
24 Noyabr , 2017 06:49
Fettel və Hemilton mətbuat konfransında Bakıdakı toqquşmanı xatırlayıblar

Bakı. 24 noyabr. REPORT.AZ/ "Formula-1"in Əbu-Dabi (BƏƏ) Qran-prisi öncəsi keçirilən mətbuat konfransında "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton və "Ferrari"nin alman üzvü Sebastyan Fettel səmimi söhbət edərək mövsüm ərzində aralarında yaşanmış qarşıdurma ilə bağlı zarafatlaşıblar.

“Report” xəbər verir ki, britaniyalıya mövsüm boyu onun ifasında ən parlaq məqam barədə sual verəndə, Fettel söhbətə müdaxilə edərək soruşub: "Bəlkə Bakıdan başlayarq?".

Mövsümün sonunda mükafatların sayının artırılmasının zəruriliyi barədə suala Fettel belə cavab verib:

"Mən ilin manevri və adamı mükafatı almalıyam. Feyr-pley? Yəqin ki, yox. Lakin Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır", — deyə "Planet F1" alman pilotun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi