"Ferrari"nin pilotu Fettel Braziliya Qran-prisinin qalibi olub

"Ferrari"nin pilotu Fettel Braziliya Qran-prisinin qalibi olub Yarışda ikinci yeri "Mercedes"in pilotu Valtteri Bottas tutub
Fərdi
12 Noyabr , 2017 21:56
Ferrarinin pilotu Fettel Braziliya Qran-prisinin qalibi olub

Bakı. 12 noyabr. REPORT.AZ/ "Formula-1" maşınları sinfində avtomobil yarışları üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının alman pilotu Sebastyan Fettel Braziliya Qran-prisinin qalibi olub.

“Report” xəbər verir ki, Fettelin göstərdiyi yekun nəticə 1 saat 31 dəqiqə 26,260 saniyə təşkil edib.

Yarışda ikinci yeri "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas (+ 2,762 dəqiqə), üçüncü yeri Fettelin komanda yoldaşı, finlandiyalı Kimi Raykkonen (+ 4,600 dəqiqə) tutub.

2017-ci ilin dünya çempionu olan britaniyalı Lüis Hemilton ("Mercedes") dördüncü olub (+ 5,468 dəqiqə).

Son xəbərlər

Orphus sistemi