İkiqat dünya çempionu "Formula 1"ə qayıdacağına dair xəbərləri təkzib edib

İkiqat dünya çempionu "Formula 1"ə qayıdacağına dair xəbərləri təkzib edib 2016-cı ildə Bakıda keçirilmiş Formula 1 üzrə Avropa Qran-prisinin səfiri Fernando Alonso gələcək planlarından danışıb.
Fərdi
6 iyun 2019 14:01
İkiqat dünya çempionu Formula 1ə qayıdacağına dair xəbərləri təkzib edib

2016-cı ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Avropa Qran-prisinin səfiri Fernando Alonso gələcək planlarından danışıb.

"Report" xəbər verir ki, ispaniyalı pilot hələlik "Formula 1"ə qayıtmağı düşünmədiyini bildirib. Bununla da ikiqat dünya çempionu "Ferrari"də Sebastyan Fetteli əvəzləyəcəyinə dair şayiələri təkzib edib.

Alonso "Formula 1"dən əlavə, "24 saat Le Man"ın da qalibi olub. Hazırda qatıldığı "İndianapolisin 500 mili"nin də qalibi olacağı təqdirdə, 38 yaşlı idmançı "Üçqat Tac"a yiyələnəcək.

Təcrübəli pilot idmanda uduzduqda belə yenidən qələbə qazanmağa cəhd etməyin gərəkliyini vurğulayıb: "İndiyədək 32 Qran-pri qalibi olmaq üçün 300-dən çoxuna qatılmışam. "Real Madrid" də 100 illik tarixində Çempionlar Liqasını 13 dəfə qazanıb və dünyanın ən uğurlu klubu sayılıb. Dünya idmanından nümunələr göstərir ki, qələbə faizi aşağıdır. Buna görə də titullar onları qazananda unikaldır".

Qeyd edək ki, Fernando Alonso 2005 və 2006-cı illərdə "Formula 1"in, 2018-ci ildə "24 saat Le Man"ın qalibi olub. O, "Formula 1"i 2018-ci il mövsümünün sonunda tərk edib.     

Son xəbərlər

Orphus sistemi