Fərid Qayıbov qılıncoynadan və badmintonçularla görüşüb

Fərid Qayıbov qılıncoynadan və badmintonçularla görüşüb Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) fəaliyyəti ilə tanış olub.
Fərdi
116
13 Noyabr , 2021 19:21
Fərid Qayıbov qılıncoynadan və badmintonçularla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) və Azərbaycan Badminton Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər iki növ üzrə milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

AQF-nin baş katibi Vasif Məmmədov və ABF-in baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşlərdə ABF-in vitse-prezidenti və AQF İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, ABF-in digər vitse-prezidenti Mirzə Orucov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev və badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi