Fərid Qayıbov: "Prezident Kubokunda hər şey yüksək səviyyədə təşkil olunub"

Fərid Qayıbov: "Prezident Kubokunda hər şey yüksək səviyyədə təşkil olunub" “Bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirdir, burada hər şey yüksək səviyyədə təşkil olunub".
Fərdi
6 May , 2022 13:12
Fərid Qayıbov: Prezident Kubokunda hər şey yüksək səviyyədə təşkil olunub
Fərid Qayıbov

“Bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirdir, burada hər şey yüksək səviyyədə təşkil olunub".

Bunu "Report"a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda təşkil edilən avarçəkmə, kayak və kanoe üzrə Beynəlxalq Prezident Kuboku ilə bağlı danışarkən deyib.

Nazir Qarabağda ilk yarışın gerçəkləşdiyini bildirib: "Bir nazir kimi, mənim üçün çox sevindirici gündür. Tədbir əsl bayrama çevrilib. Tərəfdaşlar və bütün könüllülər tərəfindən burada hər şey yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə bütün Azərbaycan idman ictimaiyyətini təbrik edirəm. Bu gün burada olmağımızın başlıca səbəbi Ali Baş Komandanımız cənab İlham Əliyevin və Ordumuzun torpaqları bizə bəxş etməsi, qaytarmasıdır".

Qayıbov yarışda iştirakçı ölkə sayının 5 olmasına da toxunub. O, bunu turnirin keçirilməsi barədə qərarın qısa müddətdə verilməsi ilə əlaqələndirib: “Budəfəki turnirdə 5 ölkənin komandası – Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkiyə və Moldova iştirak edir. Çünki qısa müddət əvvəl yarışın təşkili barədə qərar verildi. İdman təqvimi öncədən planlaşdırılır. İnanıram ki, bu tədbir ənənəyə çevriləcək. Növbəti illərdə iştirakçıların sayının artacağına şübhə eləmirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram".

Nazir işğaldan azad olunmuş digər ərazilərdə də turnirin keçirilməsini Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə müzakirə etdiklərini vurğulayıb: “İşğaldan azad olunmuş digər ərazilərimizdə də gələcəkdə idman yarışlarının təşkili planda var. Federasiya ilə birlikdə bunu müzakirə edirik. Artıq müəyyən işlər görülür".

Son xəbərlər

Orphus sistemi