Fərid Qayıbov: "Nəhayət, nə vaxt yarışırıq?"

Fərid Qayıbov: "Nəhayət, nə vaxt yarışırıq?" Təxirə salınan qitə çempionatlarının yeni tarixləri ötən ay onlayn keçirilmiş Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclaslarında əsas mövzu idi.
Fərdi
9 İyun , 2020 17:43
Fərid Qayıbov: Nəhayət, nə vaxt yarışırıq?

"Təxirə salınan qitə çempionatlarının yeni tarixləri ötən ay onlayn keçirilmiş Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclaslarında əsas mövzu idi".

“Report”un məlumatına görə, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı şəxsi bloqunda yazıb. O daha əvvəl 2020-ci ildə 8 yarış planlaşdırdıqlarını, sonradan isə 5-ni 2021-ci ilə təxirə saldıqlarını xatırladıb. 

Qayıbovun sözlərinə görə, hazırda 3 olimpiya növü üzrə Avropa çempionatının təşkili sual altındadır: "Hər gün bizə Avropa ölkələrində koronavirusla bağlı mövcud vəziyyət və bu ölkələrin hökumətləri tərəfindən hansı tədbirlərin görülməsi barədə məlumatlar daxil olur. Vəziyyət daim dəyişir və durumun gələcəkdə necə inkişaf edəcəyini heç kim bilmir. Yaxşı xəbər budur ki, gimnastlar məşqləri bərpa edib. Milli federasiyalardan gimnastların yarışlara ehtiyac duyduğunu ifadə edən çox məlumat aldıq. Gimnastlar, onların məşqçiləri və şübhəsiz ki, federasiyalar tədbirlərinin təqvimini planlaşdırmalıdır. Keçirdiyimiz sorğuya əsasən, federasiyaların əksəriyyəti Avropa çempionatlarının bu ilin sonunda təşkil edilməsini istədi".

EG prezidenti qitə yarışları üçün Bakıda və Ukraynanın paytaxtı Kiyevdə yerli təşkilat komitələrinin nümayəndələri ilə əlaqə yaratdıqlarını sözlərinə əlavə edib: "EC-də uzun müzakirələr nəticəsində bu tədbirlərin ilin sonunda - noyabr-dekabrda keçirməyi qərara gəldik".

Qayıbov hələ ki, bəzi sualların olduğunu deyib: "Məsələn, azarkeşlərin olması, tibbi və təhlükəsizlik tədbirləri, səyahət, yerləşmə və s. İdmançıların təhlükəsizliyini təmin etmək və COVID-19-a qarşı effektiv profilaktik tədbirlər hazırlamaq üçün yerli Təşkilat Komitəsi ilə çalışmağa davam edəcəyik. Vəziyyəti davamlı qiymətləndirəcək və yuxarıda göstərilən məsələlərin həlli üzərində çalışacağıq. Daha sonrakı gün vəziyyət daha da etibarlı hesab olunmasa, buna uyğun reaksiya verəcəyik. Məsləhət görürəm ki, federasiyalar uçuşları sifariş edərkən bütün amilləri nəzərə alsın. Həm də yarışlara ev sahibliyi edən federasiyalardan xahiş edirəm ki, çempionatlar ləğv edilərkən iştirakçıların maliyyə itkilərinin qarşısını alsınlar".

Qurumun prezidenti mayın 15-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin videokonfrans keçirdiyini diqqətə çatdırıb: "Milli federasiyalara və koronavirus pandemiyasından təsirlənən idmançılara dəstək olmaq üçün qəbul edilən qərarlarla yanaşı, aerobika və akrobatika üzrə dünya çempionatlarının vaxtı bəlli olub. İdman gimnastikası və Dünya kuboklarındakı dəyişikliklər təsdiqləndib. FIG Konqresinin təşkili və sonrakı seçkilər iyunun 15-də olacaq, son qərarlar yenidən müzakirə ediləcək. Artıq 2021-ci ilə təxirə salınmış Dünya və Çağırış kuboklarının bəzilərinin yeni tarixlərini bilirik. Təxirə salınan uçuşlarla əlaqədar planlaşdırılmış yarışlarda da eyni təşviqatı paylaşırıq - evə nə vaxt çatırıq? Nəhayət, nə vaxt yarışırıq? Biz hazırıq, dayanıqlıyıq".

Qeyd edək ki, idman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi