Fərid Qayıbov: "Biz burada olduğumuza görə şəhid və qazilərimizə borcluyuq"

Fərid Qayıbov: "Biz burada olduğumuza görə şəhid və qazilərimizə borcluyuq" "Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqları əsasında rəşadətli Azərbaycan ordusu 30 il işğalda olan cənnət Qarabağımızı azad etdi. Novruz bayramı ərəfəsində Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əl
Fərdi
6 May , 2022 11:17
Fərid Qayıbov: Biz burada olduğumuza görə şəhid və qazilərimizə borcluyuq

"Hər birimiz üçün böyük qürur hissidir ki, bu gün biz azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını da təşkil edirik".

"Report"un Suqovuşana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının prezidenti Vüqar Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq Prezident Kubokunun açılış mərasimində deyib.

O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqları əsasında rəşadətli Azərbaycan ordusu 30 il işğalda olan cənnət Qarabağımızı azad etdi. Novruz bayramı ərəfəsində Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avarçəkənlərin Qarabağda ilk təlim-məşq toplanışını izlədi.

V. Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara xüsusi diqqətinin nəticəsi kimi ölkədə digər idman növləri ilə yanaşı, avarçəkmə də inkişaf edir: "Federasiyamız bu etimadı hər zaman doğrultmaq üçün çalışacaq. Bir daha iştirakçı ölkələrin nümayəndələrinə, idmançılara və qonaqlara “xoş gəlmisiniz” deyirik. Qoy həmişə ən güclü qalib olsun"!

Prezidentin Qarabağ iqtisadi zonası üzrə xüsusi nümayəndəsi Emin Hüseynov isə yarışın əhəmiyyətindən danışıb: "30 il işğalda qalmış doğma Qarabağımıza həyat qayıdır. Buranı biz cənnətə çevirəcəyik".

Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, Gürcüstan Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze belə qısa müddətdə nüfuzlu yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Onlar Azərbaycanı öz torpaqlarını işğaldan azad edərək, belə reqata təşkil etdiyini vurğulayıblar.

Gənclər və idman naziri Fərid Qayıbov Prezident Kubokunun keçirilməsində şəhidlər və qazilərin rolunu diqqətə çatdırıb. O, Prezident Kubokunun davamlı olacağına əminlik ifadə edib. Nazir yarışı açıq elan edib.

Dövlət himninin səsləndirilməsi ilə reqataya start verilib.

Son xəbərlər

Orphus sistemi