Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən istefa verib

Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən istefa verib AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq
Fərdi
7 Dekabr , 2017 19:28
Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən istefa verib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.

AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. F.Qayıbov iclasa qədər bu vəzifəni icra edəcək.

Xatırladaq ki, dekabrın 2-də UEG-nin Xorvatiyanın Split şəhərində keçirilən 27-ci hesabat-seçki konqresində AGF-nin baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

2013-cü ildə UEG-nin vitse-prezidenti seçilən F.Qayıbov son dörd il ərzində həmin vəzifədə çalışıb. O, növbəti dörd il ərzində isə fəaliyyətinə gimnastikanın səkkiz növü daxil olan UEG-yə rəhbərlik edəcək. F.Qayıbov UEG-nin prezidenti seçilməklə həm də Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub.

Son xəbərlər

Orphus sistemi