Yuxarı
    Bağlamaq

    “Fənərbağça” klubunun Ramil Quliyev üçün xərclədiyi vəsaitin məbləği açıqlanıb

    İstanbul təmsilçisi hər il Türkiyə yığmasının 25 yaşlı sprinteri üçün 700 min lirə (340 min manat) sərf edir

    Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubunun 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevə bir il ərzində xərclədiyi vəsaitin məbləği açıqlanıb.

    “Report”un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İstanbul təmsilçisi hər il Türkiyə yığmasının 25 yaşlı sprinteri üçün 700 min lirə (340 min manat) sərf edir.

    Bunun müqabilində klubun atletikadan gələn illik gəliri 129 min lirədir (63 min manat).

    Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, avqustun 10-da Londonda 20,09 saniyə göstərici ilə 200 metr məsafəyə qaçışda dünya çempionu olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi