Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-ə qədər güləşçi iştirak edəcək”

Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-ə qədər güləşçi iştirak edəcək” İdmançıların sayı ötən illərə nisbətən 2 dəfəyə qədər çoxdur
Fərdi
10 Noyabr , 2016 17:14
Federasiya rəsmisi: “Bu il Qızıl Qran Pridə 700-ə qədər güləşçi iştirak edəcək”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bu il keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" beynəlxalq turnirində 700-ə qədər idmançı iştirak edəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Namiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, bu il yarışda iştirak edəcək idmançıların sayı ötən illərə nisbətən iki dəfəyə qədər çoxdur: “Ötən illərdə bu yarışlarda 300-400 idmançı iştirak edirdi. Bu il isə 50-yə yaxın ölkədən 700 idmançı yarışlarda iştirakını təsdiq edib”.

Son xəbərlər

Orphus sistemi