Federasiya prezidenti: "Olimpiadada üzgüçülük növündə medal qazanmaq istəyirik"

Federasiya prezidenti: "Olimpiadada üzgüçülük növündə medal qazanmaq istəyirik" "Biz ilk dönəmdə çalışdıq və əlimizdən gələni etdik. Özümüzə qiymət verə bilmərik. Əlbəttə, problem var. Çalışırıq ki, onları minimuma endirək".
Fərdi
18 Noyabr , 2021 13:06
Federasiya prezidenti: Olimpiadada üzgüçülük növündə medal qazanmaq istəyirik
Xanlar Fətiyev

"Biz ilk dönəmdə çalışdıq və əlimizdən gələni etdik. Özümüzə qiymət verə bilmərik. Əlbəttə, problem var. Çalışırıq ki, onları minimuma endirək".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Üzgüçülük Federasiyasına yenidən prezident seçilmiş Xanlar Fətiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, federasiyanın əsas hədəfi kütləviliyi təbliğ etməkdir: "Çalışırıq ki, beynəlxalq yarışlarda iştirak edək və nəticələr qazanaq. Pis-yaxşı çıxış etmişik. Əvvəl əcnəbi idmançılar idi. İndi isə yerli üzgüçülərimiz var. Olimpiadada medal qazanmaq istəyirik. Biz heç vaxt yarışlara "Əsas iştirakdır" prinsipi ilə qatılmamışıq. Təəssüf ki, nəticə verə bilməmişik".

Son xəbərlər

Orphus sistemi