Federasiya prezidenti: "Badminton ölkəmizdə çox tanınmasa da, potensialı var"

Federasiya prezidenti: "Badminton ölkəmizdə çox tanınmasa da, potensialı var" "Mənə etimad göstərilib, buna görə təşəkkür edirəm. Bu idman ölkəmizdə çox tanınmasa da, potensialı var".
Fərdi
8 Dekabr , 2021 19:09
Federasiya prezidenti: Badminton ölkəmizdə çox tanınmasa da, potensialı var

"Mənə etimad göstərilib, buna görə təşəkkür edirəm. Bu idman ölkəmizdə çox tanınmasa da, potensialı var".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Badminton Federasiyasının prezidenti seçilmiş Taleh Ziyadov mətbuat konfransında deyib.

O bildirib ki, gənclər və yeniyetmələr bu idman növü ilə məşğul olmalıdır: "Bildiyiniz kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmiz təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında bu idman növünün yayılması üçün səylər göstərəcəyəm".

Yeni federasiya prezidenti azərbaycanlı badmintonçular qarşıdakı olimpiadalara qatılacağına ümid etdiyini söyləyib: "Uşaqları 11-12 yaşında götürüb yetişdirmək lazımdır ki, olimpiadaya çıxsınlar. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiyini görəcəksiniz. 2028-ci il Los-Anceles olimpiadasında bir yerli idmançı görə bilərik. Uşaqları, xüsusilə qızları bu idman növünə təşviq etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi