"Əziz Şuşa" adlı beynəlxalq yarışa qatılacaq velosipedçilərin sayı açıqlanıb

"Əziz Şuşa" adlı beynəlxalq yarışa qatılacaq velosipedçilərin sayı açıqlanıb Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Əziz Şuşa” adlı beynəlxalq yarışda iştirak edəcək velosipedçilərin sayı açıqlanıb.
Fərdi
6 İyul , 2022 18:18
Əziz Şuşa adlı beynəlxalq yarışa qatılacaq velosipedçilərin sayı açıqlanıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Əziz Şuşa” adlı beynəlxalq yarışda iştirak edəcək velosipedçilərin sayı açıqlanıb.

Nazirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək turnirdə 10-dək ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparacaq.

İyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə yarışacaqlar.

İyulun 10-da gerçəkləşəcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Turnir Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq. Yarışdan öncə və sonra beynəlxalq velotura həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Artıq yarışın tanıtım videosu da yayımlanıb. Həmin video-çarxı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi