EYOF-da birinci olan güləşçilər: Əsas hədəf dünya çempionatında qızıl medal qazanmaqdır

EYOF-da birinci olan güləşçilər: Əsas hədəf dünya çempionatında qızıl medal qazanmaqdır “Qızıl medal qazandığım üçün çox sevinirəm. Əlbəttə ki, yarış öz ölkəmizdə olduğu üçün daha ciddi hazırlaşdım. Sevincimin həddi-hüdüdu yoxdur”.
Fərdi
21 İyul , 2019 17:48
EYOF-da birinci olan güləşçilər: Əsas hədəf dünya çempionatında qızıl medal qazanmaqdır

“Qızıl medal qazandığım üçün çox sevinirəm. Əlbəttə ki, yarış öz ölkəmizdə olduğu üçün daha ciddi hazırlaşdım. Sevincimin həddi-hüdüdu yoxdur”.

“Report”un məlumatına görə, bu fikiləri jurnalistlərə açıqlamasında XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanan Fərid Sadıxlı deyib.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı qarşıdakı hədəflərindən də danışıb:

“İlk hədəfim avqustdakı dünya çempionatında qızıl medal qazanmaqdır. Burada ən çətin rəqibim gürcüstanlı Davit Qvasalia idi. Ona çoxlu xallar verdim, amma qələbə qazanmağı bacardım”.

Qızıl medal qazanan sərbəst güləşçi Murad Haqverdiyev (45 kq) də çox sevincli olduğunu söyləyib. O, əvvəllər uduzduğu Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub etdiyini və sevincini bütün gənclərlə bölüşdüyünü bildirib:

“Qələbəmi bütün Azərbaycanla da bölüşürəm. Müəllimlərimə, valideynlərimə və şəxsi müəllimim Faiq Xəlilova təşəkkür edirəm. Finala kimi asan qələbələr qazandım. Yalnız həlledici görüşdə çətinlik çəkdim. Dünya çempionatında da qızıl medal əldə edəcəyimə inanıram”.

Bürünc medal qazanan Nihat Məmmədli isə deyib ki, yarışda qızıl medal da əldə edə bilərdi: “Öz səhvimin qurbanı oldum. Dünya çempionarında bu səhvləri etmək istəmirəm. Uduzduğum rəqib daha öncə iki dəfə qalib gəlmişdim”.

Son xəbərlər

Orphus sistemi