EYOF: Azərbaycan cüdoçuları starta hazırdırlar - VİDEO

EYOF: Azərbaycan cüdoçuları starta hazırdırlar - VİDEO İyulun 24-də Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdoçuların mübarizəsinə start veriləcək.
Fərdi
23 İyul , 2019 14:49
EYOF: Azərbaycan cüdoçuları starta hazırdırlar - VİDEO

İyulun 24-də Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdoçuların mübarizəsinə start veriləcək.

“Report”un məlumatına görə, 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

Bunlar Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq) və Huseyn Məmmədovdur (90+).

Qeyd edək ki, cüdo yarışları Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi