Levon Aronyan: "Bakının gözəlliyi haqda mənə çox danışıblar"

Levon Aronyan: "Bakının gözəlliyi haqda mənə çox danışıblar" Ermənistan şahmatçısı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovu fərqləndirib
Fərdi
10 Sentyabr , 2015 18:19
Levon Aronyan: Bakının gözəlliyi haqda mənə çox danışıblar

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Yarışın çox maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini gözləyirəm". "Report"un Dünya Kubokunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçısı, Ermənistan təmsilçisi Levon Aronyan deyib.

Mümkün qədər yaxşı çıxış edəcəyini bildirən L.Aronyan ciddi rəqiblər siyahısında azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovu gördüyünü bildirib. 

O, Bakı barədə də danışıb: "Dostlarım Bakının gözəlliyi haqda mənə çox danışıblar. İmkan olsa, yarışın son günlərində şəhəri gəzmək maraqlı olardı".

Qeyd edək ki, Ermənistan Dünya Kubokunda 4 şahmatçı ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi