Ermənilər Moskvada MMA döyüşündə kütləvi dava salıblar - VİDEO

Ermənilər Moskvada MMA döyüşündə kütləvi dava salıblar - VİDEO Bakı. 11 noyabr. REPORT.AZ/ Moskvada idmançılar Timur Naqibinlə Georgi Karaxanyan arasında MMA döyüşü turniri ermənilərin kütləvi davası ilə başa çatıb.
Fərdi
11 Noyabr , 2018 01:44
Ermənilər Moskvada MMA döyüşündə kütləvi dava salıblar - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ Moskvada idmançılar Timur Naqibinlə Georgi Karaxanyan arasında MMA döyüşü turniri ermənilərin kütləvi davası ilə başa çatıb.

"Report" xəbər verir ki, hadisə döyüşdən dərhal sonra baş verib. Naqibin raundun bitməsini elan edən xəbərdarlıqdan sonra rəqibini vurduğuna görə cəzalandırılıb və qələbə Karaxanyana verilib.

Naqibinin komandasının üzvləri döyüşdən sonra paltardəyişmə otağına gedərkən erməni azarkeşlər onlara hücum etmək istəyiblər. Bu səbəbdən kütləvi dava baş verib. Davanın qarşısını almaq üçün əraziyə Rusiyanın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib.

Son xəbərlər

Orphus sistemi