Erməni idmançı kokainə görə cəzalandırıldı

Erməni idmançı kokainə görə cəzalandırıldı Rusiyalı xokkeyçi İlyu Altıbarmakyanda kokain aşkarlanıb.
Fərdi
1435
10 Sentyabr , 2020 12:41
Erməni idmançı kokainə görə cəzalandırıldı
İlya Altıbarmakyan

Rusiyalı xokkeyçi İlya Altıbarmakyanda kokain aşkarlanıb. 

"Report" Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm "SKA-1946"da oynayan 19 yaşlı erməni əsilli hücumçunun dopinq testində kokain izlərinə rast gəlinib. 

Altıbarmakyan 4 il müddətinə diskvalifikasiya edilib. O, B nümunəsinin açmaqdan imtina edib. İdmançının cəzanı yumşaltmaq üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ var.

Qeyd edək ki, İlya Altıbarmakyan 2020-ci fevralına qədər gənclər liqasında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi