Erməni olimpiya çempionunda koronavirus: Texniki məğlubiyyət alacaq

Erməni olimpiya çempionunda koronavirus: Texniki məğlubiyyət alacaq Yunan-Roma güləşi üzrə Ermənistan millisinin üzvü Artur Aleksanyan Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal uğrunda görüşə çıxmayacaq.
Fərdi
323
14 Dekabr , 2020 15:07
Erməni olimpiya çempionunda koronavirus: Texniki məğlubiyyət alacaq

Ermənistanın tanınmış yunan-Roma güləşçisi Artur Aleksanyan Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal uğrunda görüşə çıxmayacaq.

"Report" xəbər verir ki, bu barədə yığmanın məşqçisi Samvel Qorqyan "news.am" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının qalibi, üçqat dünya və beşqat Avropa çempionu yüksək temperatur səbəbindən güləşə bilməyəcək: "Dünən özünü pis hiss etdi. Onun koronavirusa yoluxa biləcəyindən şübhələnirik. Belqrada səfər öncəsi hamımızın test nəticəsi mənfi çıxmışdı. Millinin məşqçilər heyəti Aleksanyanın güləşməyinə icazə vermədi. Ermənistana qayıtdıqdan sonra yenidən test verəcək".

Qeyd edək ki, 97 çəkidə mübarizə aparan Artur Aleksanyan bu gün bürünc medal uğrunda təsəlliverici görüşdə Bolqarıstan idmançısı Kirill Milovla qarşılaşmalı idi. Erməni güləşçi döşək üzərinə çıxmayacağı üçün Milov texniki qələbə sayəsində iranlı Məhəmmədhadi Saravi ilə üz-üzə gələcək. Bu çəkidə Azərbaycanın təmsilçisi olmayıb.

Son xəbərlər

Orphus sistemi