Erməni ağırlıqqaldırandan dopinq tapıldı

Erməni ağırlıqqaldırandan dopinq tapıldı Rusiya millisinin 3 ağırlıqqaldıranında dopinq aşkarlanıb.
Fərdi
5 İyun , 2020 17:48
Erməni ağırlıqqaldırandan dopinq tapıldı

Rusiya millisinin 3 ağırlıqqaldıranında dopinq aşkarlanıb. 

"Report" Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Nadejda Yevstyuxina, Oleq Çen və erməni əsilli David Becanyanın qanında anabolik androgenik steroidlər qrupundan qadağan olunmuş maddə tapılıb.

Hər üç idmançı digər antidopinq qaydalarını pozduğu üçün 2019-cu ilin avqustundan müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Bu dəfə onlara daha ciddi cəza veriləcəyi gözlənilir.

Qeyd edək ki, Nadejda Yevstyuxina 3 qat dünya çempionudur. O daha əvvəl eyni səbəbdən Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum olunub. David Becanyan 2 qat Avropa çempionu və dünya çempionatının 3 qat mükafatçısıdır. 2 dəfə Avropa çempionu adını qazanmış Oleq Çen isə dünya çempionatlarında 3 dəfə mükafatçılar sırasına düşüb.

Son xəbərlər

Orphus sistemi