Erməni dünya çempionu dopinqə görə cəzalandı

Erməni dünya çempionu dopinqə görə cəzalandı Buna erməni əsilli idmançının antidopinq qaydalarını pozması səbəb olub
Fərdi
20 Mart , 2021 11:02
Erməni dünya çempionu dopinqə görə cəzalandı
Razmik Unanyan

Rusiya Antidopinq Agentliyi (RUSADA) ağırlıqqaldırma üzrə Avropa çempionatının mükafatçısı Razmik Unanyanı 4 il müddətinə diskvalifikasiya edib.

"Report"un məlumatına görə, buna erməni əsilli idmançının antidopinq qaydalarını pozması səbəb olub.

Unanyanın cəzası 8 iyun 2020-ci ildən hesablanır. 27 yaşlı ağırlıqqaldıran Ümumrusiya Antidopinq qaydalarının müvafiq bəndini ("İdmançıdan götürülmüş dopinq-testdə qadağan olunmuş substansiyanın və ya onun metabolitlərinin və ya markerlərinin mövcudluğu") pozmaqda günahlandırılır.

Qeyd edək ki, Razmik Unanyan 2014-cü il Avropa çempionatında bürünc medal qazanıb. O, gənclər arasında qitə birinciliyində qızıl, Rusiya çempionatında isə gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi