Emin Əmrullayev: "Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq"

Emin Əmrullayev: "Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq" "Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq".
Fərdi
1 May , 2021 18:47
Emin Əmrullayev: Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq
Emin Əmrullayev

"Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq".

"Report" xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

"Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!", - deyə nazir əlavə edib.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ötən gün ABŞ-da dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi