Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib

Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib Tanınmış idman jurnalisti və şərhçi Elnur Əşrəfoğlunun vəfatından 40 gün ötür.
Fərdi
280
28 Noyabr , 2021 12:33
Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib

Tanınmış idman jurnalisti və şərhçi Elnur Əşrəfoğlunun vəfatından 40 gün ötür.

"Report" xəbər verir ki, bu münasibətlə, Gənclər və İdman Nazirliyinin (AGİN), Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri mərhumun məzarını ziyarət ediblər. E.Əşrəfoğlunun məzarı önünə AGİN, MOK və AİJF adından əklillər qoyulub.

İdman ictimaiyyəti və idman mediası nümayəndələri E.Əşrəfoğlunun jurnalistikanın və teleşərhçiliyin inkişafındakı xidmətləri, özünəməxsus rolu barədə danışaraq, mərhum jurnalist haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, onun xatirəsi yaddaşlarda daim yaşayacaq.

Bu yaxınlarda Gürcüstanın paytaxtı Tblisidə keçirilmiş beynəlxalq media turnirində Azərbaycan jurnalistlərinin “Səni heç zaman unutmayacağıq!” pankartı xatirə kimi E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürova təqdim edilib.

Son xəbərlər

Orphus sistemi