Elmar Qasımov: "Rio-2016”da qazandığım gümüşü Tokioda qızıla çevrimək istəyirəm"

Elmar Qasımov: "Rio-2016”da qazandığım gümüşü Tokioda qızıla çevrimək istəyirəm" Bu yarış mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycanda 100 kq-da rəqibim olduğuna görə, Olimpiadaya 1 il qalmış Avropa və dünya çempionatlarında göstərəcəyim nəticələrə baxılacaq.
Fərdi
28 İyun , 2019 07:11
Elmar Qasımov: Rio-2016”da qazandığım gümüşü Tokioda qızıla çevrimək istəyirəm

"Bu yarış mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycanda 100 kq-da rəqibim olduğuna görə, Olimpiadaya 1 il qalmış Avropa və dünya çempionatlarında göstərəcəyim nəticələrə baxılacaq".

"Report" xəbər verir ki, bu fikirləri “Minsk 2019” II Avropa Oyunlarında 100 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Elmar Qasımov deyib.

O, qarşıdan gələn dünya çempionatında əla nəticə göstərmək və ölkəyə medalsız qayıtmamaq üçün bundan sonra məşqlərini daha da intensivləşdirəcəyini deyib:

"Dünya çempionatı mənim üçün daha ciddi yarışdır. Çalışacağam ki, ən azı finala yüksəlim. Ancaq ən əsas arzum budur ki, “Rio-2016” Yay Olimpiya Oyunlarında qazandığım gümüşü Tokioda artıq qızıla çevirim.

II Avropa Oyunlarında üçüncü yer uğrunda görüşdə Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üz-üzə Elmar Qasımov rəqibini ipponla məyus edərək, bürünc qazanıb.

Son xəbərlər

Orphus sistemi