Eldəniz Əzizli: "Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır"

Eldəniz Əzizli: "Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır" "Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibin parterdə mən heç nə edə bilməyəcəyini bilirdim".
Fərdi
12 Avqust , 2022 19:23
Eldəniz Əzizli: Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır

"Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibin parterdə mən heç nə edə bilməyəcəyini bilirdim".

"Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı finaldakı rəqibi olan özbəkistanlı Jasurbek Ortikboyevin bir epizodda onun qolunu dişləmək istəməsinə münasibət bildirib: "Güləşdir, hər şey ola bilər. Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq, qıcıqlanmamaq lazımdır. Əks halda, nəzarəti itirə bilərsən. İslamiadaya qələbə niyyəti ilə gəlmişdim. Şükürlər olsun ki, arzuma çatdım".

Əzizli 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb: "Azərbaycanın yunan-Roma güləşi tarixində 2 qat dünya çempionu yalnız Fərid Mansurovdur. Mən bu sevinci bir dəfə yaşamışam. Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır".

Son xəbərlər

Orphus sistemi