Eldar Əzizov: "Bakı sakinləri "Formula 1"i maraqla izləyirlər"

Eldar Əzizov: "Bakı sakinləri "Formula 1"i maraqla izləyirlər" Bakı sakinləri Formula 1 üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər.
Fərdi
12 Fevral , 2020 11:12
Eldar Əzizov: Bakı sakinləri Formula 1i maraqla izləyirlər
Eldar Əzizov / Report

"Bakı sakinləri "Formula 1" üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər".

"Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan son 16 il ərzində ciddi inkişaf yolu keçib: "Ciddi sabitlik və inkişaf sayəsində belə bir tədbiri keçirmək mümkün olur. Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur. Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".

Hazırda Bakıda əhalinin 3 milyona çatdığını deyən icra başçısı şəhərin uzunluğunun 38 km olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi