Elçin Əsədov: "Söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam"

Elçin Əsədov: "Söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam" "Özümə söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam".
Fərdi
10 İyul , 2022 13:31
Elçin Əsədov: Söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam

"Özümə söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam".

Bunu "Report"a açıqlamasında “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov deyib.

35 yaşlı idmançı Azərbaycan hərbçilərinin Şuşanı əlbəyaxa döyüşlə işğaldan azad etdiklərini bildirib: "Allah məni utandırmadı. İnandığım şeyi etdim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ali Baş Komandanımıza və qazilərimizə can sağlığı arzulayıram. “Dəmir yumruq” yerindədir. Onun gənc igidləri öz sözünü dedi. Bu turnirin qalibi olmaq böyük sevincdir".

Əsədov ilin sonunda karyerasını başa vurmaq istədiyini söyləyib: "Bu, mənim müqavilələrimdən asılı olacaq. Uzun sözləşmə olsa, davam etmək şansım var. Amma indiki durumda karyeramı bitirmək gündəmdədir. Karyeramı bitirmək üçün bundan gözəl yer ola bilməz".

Son xəbərlər

Orphus sistemi