Elçin Cəfərov: "Çunayevlə bağlı məsələni şişirtmək lazım deyil"

Elçin Cəfərov: "Çunayevlə bağlı məsələni şişirtmək lazım deyil" "Rəsulun üçüncü yeri tutmasını faciəyə çevirməyə gərək yoxdur"
Fərdi
19 May , 2017 00:57
Elçin Cəfərov: Çunayevlə bağlı məsələni şişirtmək lazım deyil

Bakı. 19 may. REPORT.AZ/ "Rəsul Çunayev adlı-sanlı idmançıdır. Onunla bağlı məsələni şişirtmək lazım deyil. Bu hər bir şəxsin karyerasında ola bilər".

Bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə bürünc medal qazanan Rəsul Çunayev haqqında fikirlərini "Report"a bölüşən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

O bildirib ki, R.Çunayevin daha uğurlu karyerası hələ irəlidədir: "Hərə bir söz dedi. Biri dedi, saymazlıq etdi, biri dedi nəsə göstərmək istədi. Bu, idmanda olur. Xüsusən də, güləşdə. 5 xallıq üstünlük həm çoxdur, həm də az. Gəldi 5:6 hesabı ilə uduzdu. İnanıram ki, Rəsulun parlaq qələbələri hələ qabaqdadır. Mənə elə gəlir ki, bu Oyunlarda Rəsul qədər birinci yerə çıxmaq istəyən ikinci bir adam yoxdur. Amma istəməklə heç də olmur. Reallıq budur ki, bu gün Çunayev İslamiadanı üçüncü yerdə başa vurdu. Bunu da bir faciəyə çevirmək lazım deyil. O, bugünkü mübarizədən ibrət götürməli və gələcək yarışlarda bunları nəzərə almalıdır. Hər bir mənada bu qələbə hamıdan çox onun özünə lazım idi. Amma düşünürəm ki, bu nəticəyə görə onu məzəmmət etmək olmaz".

Son xəbərlər

Orphus sistemi