Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi

Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb
Fərdi
450
24 İyul , 2021 12:22
Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi

Əlcəzair cüdoçusu Fathi Nurin (73 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış etməkdən imtina edib.

"Report"un məlumatına görə, buna 30 yaşlı idmançının 1/16 final mərhələsində İsrail təmsilçisi Tohar Butbul ilə güləşmək istəməməsi səbəb olub.

Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.

Qeyd edək ki, Fathi Nurin 2019-cu ildə də eyni səbəbdən dünya çempionatında iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi