Əfsanəvi boksçu Marvin Haqler vəfat edib

Əfsanəvi boksçu Marvin Haqler vəfat edib Orta çəki üzrə dəfələrlə mütləq dünya çempionu olmuş məşhur boksçu Marvin Haqler vəfat edib
Fərdi
14 Mart , 2021 04:41
Əfsanəvi boksçu Marvin Haqler vəfat edib
Marvin Haqler

Orta çəki üzrə dəfələrlə mütləq dünya çempionu olmuş məşhur boksçu Marvin Haqler vəfat edib.

“Report” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Key Q.Haqler feysbukda yazıb.

O, qeyd edib ki, sabiq idmançı 66 yaşında dünyasını dəyişib.

Hazırda keçmiş boksçunun ölüm səbəbi naməlumdur.

Haqler 1980-ci illərdə rinqdə parlaq çıxışları ilə məşhur olub və “Fövqəladə” ləqəbini alıb. O, bu gün də tarixdə öz kateqoriyası üzrə ən yaxşı boksçulardan biri hesab edilir.

Marvin Haqler bir neçə il boyunca mütləq dünya çempionu titulunu saxlayıb – buna yalnız 1987-ci ildə son qoyulub.

Haqler 67 döyüş keçirib. Bunlardan 62-si qələbə (52 nokaut), 3-ü məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb.

İdmançı çempion titulu uğrunda döyüşlərdə 11 rəqibinə qalib gəlib və nüfuzlu "Rinq" jurnalının versiyasına görə iki dəfə "İlin boksçusu" tituluna layiq görülüb.

O, ən təhlükəli döyüşçülərdən biri hesab edilib. Hətta ulduz idmançılar Haqlerlə döyüşlərdən çəkinməyə üstünlük veriblər.

Son xəbərlər

Orphus sistemi