Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər

Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər Ölkəni turnirdə iki dağ xizəkçisi təmsil edəcək
Fərdi
5 noyabr 2017 15:32
Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər

Bakı. 5 noyabr. REPORT.AZ/ Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər.

"Report" "The Games" nəşrinə istinadən xəbər verir ki, dağ xizəkçiləri Səid Əlişah Farfanq və Səyad Hüseyni ölkəni Cənubi Koreyanın Pxençixan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında təmsil edəcəklər.

"Biz öz ölkəmizi dünyaya başqa tərəfdən göstərmək istəyirik, qoy görsünlər ki Əfqanıstan, təkcə müharibə olan yer demək deyil", — deyə Hüseyni bildirib.

Əfqanıstan idmançıları 13 yay olimpiya oyunlarında iştirak ediblər. Yığma komandanın aktivində taekvondo idman növü üzrə iki bürünc medal var.

Son xəbərlər

Orphus sistemi