Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı

Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını açıqlayıb.
Fərdi
28 Yanvar , 2021 12:46
Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını və yerini açıqlayıb.

"Report" FIDE-nin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləçəcək.

Görüş norveçli hazırkı dünya çempionu Maqnus Karlsenlə İddiaçılar Turnirinin qalibi arasında təşkil olunacaq. İddiaçılar Turniri ötən il koronavirusa görə 7-ci turda təxirə salınıb. Yarış bu il Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi