Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib

Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib Karyakin qara fiqurlarla Karlsenə qalib gəlib
Fərdi
22 Noyabr , 2016 09:13
Dünya şahmat tacı uğrunda görüşdə ilk dəfə qalib müəyyənləşib

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyalı Sergey Karyakinlə norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasına yekun vurulub.

"Report"un məlumatına görə, görüş qara fiqurlarla oynayan Karyakinin qələbəsi ilə yekunlaşıb. 51-ci gedişdən sonra hazırkı dünya çempionu təslim olub. Bununla da qarşılaşmada ilk dəfə qalib müəyyənləşib və xal fərqində üstünlüyü rusiyalı qrossmeyster ələ keçirib - 4,5:3,5.

Qeyd edək ki, IX partiyası noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi