Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb

Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb Toğrul Əsgərov və Şərif Şərifov
Fərdi
2 Aprel , 2015 13:05
Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Aprelin 11-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, iki gün davam edəcək yarışa 8 çəki dərəcəsində 11 güləşçi yollanacaq.

Baş məşqçi Saypulla Absaidov heyətə Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev, Murad Süleymanov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədovu (125 kq) daxil edib. Okeanın o tayına Firdovsi Umudov böyük məşqçi, David Kurtsiya məşqçi qismində yollanacaq.

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycan millisi B qrupunda mübarizə aparacaq. Rəqiblər İran, Belarus və Türkiyə yığmaları olacaq. A qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan yer alacaq. 

Son xəbərlər

Orphus sistemi