Dünya Kuboku: Azərbaycan komandası və Zöhrə Ağamirova finalda - YENİLƏNİB-3

Dünya Kuboku: Azərbaycan komandası və Zöhrə Ağamirova finalda - YENİLƏNİB-3 O, bu nəticəyə görə hazırda 10-cu sıradadır
Fərdi
8 May , 2021 19:43
Dünya Kuboku: Azərbaycan komandası və Zöhrə Ağamirova finalda - YENİLƏNİB-3

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, qrup hərəkətlərində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası uğurlu çıxış edib.

3 halqa və 2 cüt gürzlə hərəkətlərdə 38.850 xal toplayan kollektiv finala vəsiqə qazanıb.

Qeyd edək ki, final görüşləri sabah olacaq. Zöhrə Ağamirova lentlə, Azərbaycan komandası isə 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

17:40

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, idmançı lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vurub.

Ağamirova gürzlərlə 23.00 xal yığıb və 17-ci ola bilib.

Arzu Cəlilova lentlə 38-ci (17,550 xal), gürzlərlə (21,650 xal) 29-cu yeri tutub.

Qeyd edək ki, finala vəsiqəni ilk "8-liy"ə düşənlər qazanırlar. Daha əvvəl qrup hərəkətləri üzrə komanda 5 topla hərəkətlərdə həlledici mərhələyə yüksəlib.

15:17

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları təsnifat mərhələsindəki çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Zöhrə Ağamirova lentlə hərəkətlərdə 21,275 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 2-ci sıradadır. Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 17,550 xalla 17-cidir.

14:49

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları növbəti çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Zöhrə Ağamirova gürzlərlə çıxışında 23.00 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 10-cu sıradadır.

Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 21,650 xal toplaya bilib. Cəlilova hazırda 17-ci pillədə qərarlaşıb.

Onlar müvafiq olaraq saat 14:57-də və saat 15:03-də yenidən lentlə hərəkətlərdə qüvvələrini sınayacaqlar.

Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.

Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycanın qrup hərəkətləri üzrə komandası yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.

Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.

Son xəbərlər

Orphus sistemi