Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu

Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu Şahmat üzrə dünya çempionu Maqnus Karlsen sensasion məğlubiyyətə düçar olub. Reportun məlumatına görə, norveçli qrossmeyster Banter Blitz Cup adlı onlayn turnirin finalında 16 yaşlı iranlı Əlirza Firuzcaya uduzub - 7,5:8,5.
Fərdi
16 Aprel , 2020 00:15
Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen sensasion məğlubiyyətə düçar olub. "Report"un məlumatına görə, norveçli qrossmeyster "Banter Blitz Cup" adlı onlayn turnirin finalında 16 yaşlı iranlı Əlirza Firuzcaya uduzub - 7,5:8,5.

"Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür" deyə görüşdən sonra Karlsen açıqlama verib.

Firuzca kubokdan əlavə, 14 000 ABŞ dolları məbləğində pul mükafatına sahib olub.

Əlirza Firuzca
Əlirza Firuzca

Qeyd edək ki, Maqnus Karlsenin təşkil edəcəyi 250 000 ABŞ dolları mükafat fonduna malik onlayn şahmat turniri aprelin 18-də start götürəcək. 16 gün davam edəcək yarışa azərbaycanlı qrossmeysterlərdən heç kim qatılmayacaq. Əvəzində Karlsen 8 iştirakçı arasında Əlirza Firuzcaya da yer verib. Turnirin qalibi 70 000 ABŞ dolları qazanacaq.   

Son xəbərlər

Orphus sistemi