Dünya çempionu kosmosa uçacaq

Dünya çempionu kosmosa uçacaq Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.
Fərdi
19 Dekabr , 2020 15:30
Dünya çempionu kosmosa uçacaq
Tayson Fyuri

Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.

"Report"un məlumatına görə, britaniyalı idmançı bu barədə "The Sun" nəşrinə açıqlamasında deyib.

32 yaşlı boksçu bildirib ki, bu, onun çoxdankı arzusudur: "Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".

Qeyd edək ki, indiyədək peşəkar rinqdə 31 döyüş keçirən Tayson Fyuri cəmi bir dəfə heç-heçə edib. O, digər bütün görüşləri qələbə ilə başa vurub.

Son xəbərlər

Orphus sistemi