Dünya çempionluğu uğrunda görüşün mükafat fondu əsrin rekordu olacaq

Dünya çempionluğu uğrunda görüşün mükafat fondu əsrin rekordu olacaq Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen və rusiyalı iddiaçı Yan Nepomnyaşi arasındakı görüşün mükafat fondu 2 milyon avro olacaq.
Fərdi
19 Noyabr , 2021 14:58
Dünya çempionluğu uğrunda görüşün mükafat fondu əsrin rekordu olacaq

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen və rusiyalı iddiaçı Yan Nepomnyaşi arasındakı görüşün mükafat fondu 2 milyon avro olacaq.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç açıqlama verib.

Dvorkoviç bildirib ki, qalib qrossmeyster 60 faiz, uduzan isə 40 faiz qazanacaq. Məsələ tak-breykədən uzansa, mükafat fondu 55/45 faiz nisbətində bölünəcək.

FIDE prezidentinin fikrincə, bu, XXI əsrin çempionluq matçları arasında ən yüksək mükafat məbləğidir: "Mükafat fondunun səviyyəsi və maliyyə təminatı baxımından, ötən illərin ən ciddi qarşılaşmalarından birini izləyəcəyik. Harri Kasparovun iştirakı ilə keçirilmiş qarşılaşmalardan sonra belə maliyyə şərtləri olmayıb".

Qeyd edək ki, Maqnus Karlsen - Yan Nepomnyaşi görüşü 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi