​Dünya çempionatında Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulur

​Dünya çempionatında Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulur İlk görüşlər Bakı vaxtı ilə axşam saat 22:00-da başlayacaq
Fərdi
10 Sentyabr , 2015 09:45
​Dünya çempionatında Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulur

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatında Azərbaycanın daha 4 idmançısı döşək üzərinə çıxacaq. "Report"un məlumatına görə, dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışacaq.

İlk görüşlər Bakı vaxtı ilə axşam saat 22:00-da, final görüşləri isə ertəsi gün səhər saat 06:30-da başlayacaq.

55 kq

1/8 final - Q.Pang (Çin) - Nataliya Sinişin

58 kq

1/16 final - N.Golts (Rusiya) - Yuliya Ratkeviç

63 kq

1/16 final - Anita Anita (Hindistan) - Nadya Muşka Sementsova

65 kq - sərbəst güləş

1/32 final - Toğrul Əsgərov - S.Okassov (Qazaxıstan)

Qeyd edək ki, bu günə qədər yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi isə (85 kq) bürünc medala yiyələnib.  

Son xəbərlər

Orphus sistemi