Dünya çempionatı Paralimpiya Oyunlarına görə təxirə salındı

Dünya çempionatı Paralimpiya Oyunlarına görə təxirə salındı 2021-ci ildə Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan paraatletika üzrə dünya çempionatı təxirə salınıb.
Fərdi
30 Aprel , 2020 17:45
Dünya çempionatı Paralimpiya Oyunlarına görə təxirə salındı

2021-ci ildə Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan paraatletika üzrə dünya çempionatı təxirə salınıb. 

"Report" Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, yarış 2022-ci il 26 avqust - 4 sentyabrda olacaq. 

Bildirilib ki, dünya çempionatının təxirə salınmasının səbəbi Tokio-2020 Paralimpiya Oyunlarının koronavirusa görə 2021-ci ildə keçirilməsidir. 

Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi