Dünya çempionatı: Məmmədəli Mehdiyev mübarizəni dayandırıb - YENİLƏNİB

Dünya çempionatı: Məmmədəli Mehdiyev mübarizəni dayandırıb - YENİLƏNİB Azərbaycan cüdoçusu ikinci görüşündə uduzub
Fərdi
24 Sentyabr , 2018 12:27
Dünya çempionatı: Məmmədəli Mehdiyev mübarizəni dayandırıb - YENİLƏNİB

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı 1/16 finalda macarıstanlı macarıstanlı dünya (2014) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı Kristian Tota uduzub. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə Tot ipponla qələbə qazanıb. 

Qeyd edək ki, Məmmədəli Mehdiyev Azərbaycanın bu gün tatamiyə çıxan yeganə cüdoçusu olub. 


*** 11:10

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı ilk görüşündə belaruslu Viktor Klyavusevə qalib gəlib. Mehdiyev rəqibini qızıl xalla üstələyib. Onun 1/16 final mərhələsində rəqibi macarıstanlı dünya (2014) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı Kristian Tot olacaq.

Son xəbərlər

Orphus sistemi